12 iyun 2024, 19:00

Elvin Nəsirovdan, Astara, Azərbaycan

Hörmətli Prezidentim.

Mən Aprel döyüşlərinin və Vətən müharibəsi iştirakçısıyam. Sizə yazmaqda məqsədim şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına diqqət və qayğı göstərilməsinə, onların problemlərinin həll edilməsinə görə minnətdarlığımı bildirməkdir.

Sizin uğurlu kadr islahatlarınız, idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı gördüyünüz işlər bizə və ümumilikdə xalqımıza göstərilən xidmət səviyyəsinin yüksəlməsinə, problemlərimizə daha diqqətlə yanaşılmasına gətirib çıxarıb.

Vətənimiz və xalqımız üçün gördüyünüz bütün işlərdə Sizə bol-bol uğurlar arzulayıram. Yolunuz daim açıq olsun, cənab Prezident!

Hörmətlə,

Nəsirov Elvin.

Azərbaycan Respublikası, Astara şəhəri.