Elçin Eyvazovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Ölkəmizdə imtiyazlı təbəqədən olan vətəndaşlara göstərilən dövlət qayğısı mühüm bir işdir. Ünvanlı dövlət sosial yardımının təyin olunması, sosial müavinətlərin və təqaüdlərin verilməsi, əhalinin özünüməşğulluq proqramına cəlb olunması sosial siyasətlə yanaşı, həm də çox humanist təşəbbüsdür. Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən bu tədbirlər müsbət nəticəsini verir, xalqımızın güzəranını yaxşılaşdırır.
Cənab Prezident, mən aztəminatlı ailənin üzvüyəm. Bizim ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunub. Ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən, Sizin uğurlu sosial-iqtisadi siyasətinizdən razılığımı bildirmək istəyirəm.
Xalqa göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.
Uca Allah hər zaman Sizə kömək olsun.
Hörmətlə,
Eyvazov Elçin.
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi.