Yalçın Feyzizadədən, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizi ailəm adından salamlayır və Sizə təşəkkürümüzü bildirirəm.
Ölkəmizin inkişafı, xalqımızın rifahının yüksəlməsi üçün görülən işləri, yaradılan şəraiti, həyata keçirilən islahatların müsbət nəticələrini görməmək qeyri-mümkündür. Biz bu ölkənin vətəndaşları olaraq bütün bunlardan hədsiz qürur duyuruq.
Cənab Prezident, Siz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müasir müstəqil Azərbaycan dövlətini daha da qüdrətləndirirsiniz. Sizin kimi uzaqgörən, qətiyyətli liderimizin olması ilə fəxr edirik. İnanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq, uğurları daha bol olacaqdır.
Allahdan Sizə və Mehriban xanıma cansağlığı, fəaliyyətinizdə uğurlar arzu edirik.
Tanrı Sizi və ailənizi qorusun!
Hörmətlə,
Feyzizadə Yalçın
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.