13 iyun 2024, 18:32

Yaqub Quliyevdən, Saatlı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin müəyyən etdiyiniz strateji xəttə uyğun olaraq, səhiyyə sahəsində də böyük işlər görülmüşdür. Bu sahəyə göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə və Mehriban xanıma təşəkkür edirəm.

Əhalinin sağlamlığının qorunması və daha yaxşı tibbi xidmətlə təmin olunması istiqamətində qarşıya qoyulan hədəflərə böyük ölçüdə nail olunmuşdur. Respublikamızın bir çox şəhər və rayon xəstəxanaları kimi, Saatlı rayon xəstəxanası da əsaslı təmir olunmuş, müasir avadanlıqla təchiz edilmişdir. Burada tibbi heyət tərəfindən vətəndaşlara, o cümlədən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən xüsusi diqqət və qayğı bizim məmnunluğumuza səbəb olmuşdur. Tibb işçilərinin ağır zəhməti sayəsində, insan üçün ən qiymətli nemət olan, sağlamlığımızın keşiyində dura bilmişik. Onu da qeyd edim ki, xəstəxanada yaradılan müasir şərait əhaliyə göstərilən xidmətin keyfiyyətini yaxşılaşdırıb.

Hörmətli cənab Prezident, Sizin şəxsi bacarığınız və yüksək idarəetmə qabiliyyətiniz sayəsində bu və digər nailiyyətlər əldə olunub. Çox sağ olun!

Hörmətlə,

Yaqub Quliyev,

şəhid ailəsinin üzvü

Azərbaycan Respublikası, Saatlı rayonu, Genişkənd kəndi.