Könül Vəliyeva və Əlisahib İsgəndərovdan, Beyləqan, Azərbaycan
Əziz Prezidentim, rəşadətli Ali Baş Komandanımız!
Siz Azərbaycanın dövlət sərhədlərini dünya xəritəsində bərpa edən müzəffər Qəhrəmansınız!
Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycan dünyada qalib ölkə kimi tanınır. Bu qələbənin qazanılmasında şəhidlərimizin göstərdiyi şücaətə Sizin və Mehriban xanımın tərəfindən böyük qiymət verilir, diqqət və qayğı göstərilir.
Hələ 2019-cu il yanvarın 28-də Sizin Mehriban xanımla birlikdə Prezident Sarayında şəhid ailələri ilə keçirdiyiniz görüş uzun illər heç kimin xatirindən çıxmadı.
Biz də bütün şəhid valideynləri kimi xüsusi diqqət və qayğı ilə əhatə olunmuşuq. Xocavənd uğrunda döyüşlərdə şəhid olmuş oğlumuz Həmidin xatirəsi daim əziz tutulur, tədbirlərdə anılır.
Bu yaxınlarda Gəncə şəhərində oğlumun xatirəsinə həsr edilmiş tədbiri Sizin diqqət və qayğınızın davamı kimi qiymətləndiririk. Həmin tədbirdə oğluma həsr edilən mahnının səsləndirilməsi bizi həm kövrəltdi, həm də qürurlandırdı.
Sizə və Mehriban xanıma bu diqqət və qayğıya görə minnətdarlıq bildirir, yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Vəliyeva Könül,
İsgəndərov Əlisahib.
Azərbaycan Respublikası, Beyləqan rayonu, Milabad qəsəbəsi.