20 iyun 2024, 13:24

İlqar Bünyatovdan, Astara, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin apardığınız uğurlu daxili və xarici siyasət nəticəsində dövlətimiz gündən günə güclənir, ölkəmiz çiçəklənir və xalqımızın rifahı yüksəlir.

Bu inkişaf bütün sahələrdə nəzərə çarpır. Ölkəmizdə yol infrastrukturu istiqamətdə görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də ölkənin sürətli iqtisadi inkişafı ilə bağlıdır.

Rayonumuzun Doli, Reqluba, Diqo kəndlərində yeni yolların salınması 10 mindən çox insanın sevincinə səbəb oldu. Bu yollar kəndlərimizin inkişafına, sakinlərin rahatlığına xidmət edəcəkdir.

Cənab Prezident, hər üç kəndin sakinləri adından yeni yolların salınmasına görə Sizə səmimi qəlbdən təşəkkür edir, cansağlığı və daha böyük uğurlar arzulayıram.

Sizinlə hər zaman qürur duyuruq və fəxr edirik.

Hörmətlə,

Bünyatov İlqar Hacıbala oğlu

Azərbaycan Respublikası, Astara rayonu, Doli kəndi.