20 iyun 2024, 19:18
Səbuhi Kərimovdan, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident.
Siz hər zaman ölkədə təhsilin hamı üçün əlçatan olmasına doğru yönələn siyasət həyata keçirirsiniz.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə sonuncu Fərmanınız şəhid övladı olaraq məni və ailə üzvlərimi çox sevindirdi.
Hər zaman dövlətimiz, xalqımız üçün göstərdiyiniz fədakarlıq, yorulmaz səyləriniz bir gənc olaraq məni çox qürurlandırır.
Azərbaycan boyda böyük bir ailənin qayğısını çəkdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Kərimov Səbuhi, təhsil işçisi.
Azərbaycan Respublikası, Tərtər rayonu.