21 iyun 2024, 19:20
Təhminə Vəliyevadan, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən şəhid İlqar Vəliyevin həyat yoldaşıyam. 31 il sonra ata yurdum Kəlbəcəri ziyarət etdim. Yolboyu böyük quruculuq işlərini gördükcə qəlbim fərəhlə dolurdu, bu hissləri sözlə ifadə etmək mümkün deyil. Ermənilər tərəfindən tamamilə məhv edilmiş Qarabağ adlı əsəri yenidən canlandırdınız və bu böyük quruculuq işlərinin müəllifi Sizsiniz.
Cənab Prezident, Sizə həm bir şəhid ailəsi kimi, həm də bir kəlbəcərli kimi dərin təşəkkürümü bildirirəm. Tanrı Sizi qorusun!
Hörmətlə,
Vəliyeva Təhminə Müslüm qızı, şəhidin həyat yoldaşı.
Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır kəndi.