Əmrah Yusifovdan, Zaqatala, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz 30 il işğal altında qalan torpaqlarımızı azad edərək xalqımıza sevinc, qürur hissləri yaşatdınız. Siz Azərbaycan tarixinə adı əbədi yazılmış Müzəffər Ali Baş Komandansınız.
Azərbaycan Ordusu Sizin rəhbərliyinizlə şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanın işğal altında qalan əraziləri Sizin - igid Sərkərdəmizin rəhbərliyi ilə geri qaytarıldı. Bu Qələbə ilə Siz Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılacaq sətirlərin müəllifi oldunuz və öz adınızı tarixə əbədi yazdınız.
Sizə olan hissləri sözlə ifadə etmək çətin olduğu üçün şeirlə ifadə edirəm:
Rəhm etdi uca Tanrımız bizə,
Bizi yönəltdi gözəl bir izə,
Odur ki, güvənib ürəkdən Sizə,
Sizinlə fəxr edirik, əziz Prezident!
Həmişə olasınız bizlə Prezident!
Susuz qalan göllər su ilə dolunca,
Daş-kəsəkli yollar hamar olunca,
Sahələrdə sarı sünbül boldusa,
Sizinlə fəxr edirik, əziz Prezident!
Həmişə olasınız bizlə Prezident!
Odlar diyarıdır Odlar Yurdumuz,
Yurdun dayağıdır şanlı Ordumuz!
Bizə sülh yoluyla arxa durdunuz,
Sizinlə fəxr edirik, əziz Prezident!
Həmişə olasınız bizlə Prezident!
Hörmətlə,
Yusifov Əmrah Nəsib oğlu
Azərbaycan Respublikası, Zaqatala rayonu.