Zeynəb Bayramovadan, Naftalan, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz qüdrətli Sərkərdə, tarixi Zəfəri xalqımıza yaşadan Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı kimi hamımızın qəlbini fəth etmisiniz.
Bütöv Azərbaycanı, hüdudsuz səadət hissini bizə bəxş etdiyinizə, şəhid övladlarımızın qisasını aldığınıza görə Sizə bütün analar adından təşəkkür edirəm.
Bir neçə gün əvvəl şəhid ailələri, qazilər, onların övladları ilə birlikdə qürur yerimiz olan Şuşanı ziyarət etdik. Mədəniyyət beşiyimiz olan Şuşada gördüyümüz abadlıq, quruculuq işləri bizi fərəhləndirdi.
Qısa zaman kəsiyində görülən işlərin miqyası hamımızı heyrətləndirdi. Bu inkişaf, tərəqqi Sizin gələcəyə hesablanmış uzaqgörən siyasətinizin bəhrəsidir.
Bir daha Naftalan şəhərində yaşayan şəhid ailələri, qazilər adından Sizə sonsuz minnətdarlığımızı bildirirəm.
Tanrı Sizi, ailənizi və xalqımızı qorusun. Vətənimizin uğurlu gələcəyi naminə Sizə işlərinizdə böyük uğurlar arzulayıram.
Hörmətlə,
Bayramova Zeynəb Əsgər qızı, iki şəhid anası.
Azərbaycan Respublikası, Naftalan şəhəri.