Nazlı Abdullayevadan, Bakı, Azərbaycan
Möhtərəm Prezident.
Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən islahatların uğurlu nəticələri səhiyyə sahəsində də özünü göstərir. Əhalinin tibbi müayinədən keçirilməsi, xəstəxanaların ən müasir avadanlıqlarla təchiz olunması səhiyyənin inkişafına göstərdiyiniz diqqətin bariz nümunələridir. Bütün bunlar Sizin vətəndaşlarımıza göstərdiyiniz diqqət və qayğının əyani təsdiqidir.
Bu günlərdə qızımın səhhətində problemlər yarandı. Məmmədlidə yerləşən modul tipli xəstəxanada qızıma göstərilən münasibətdən, həkimlərin peşəkarlığından çox razı qaldım. Qısa müddət ərzində qızım düzgün müalicə olunaraq həyata qayıtdı. Müalicə vaxtı istifadə olunan bahalı dərman preparatlarının dövlətimiz tərəfindən qarşılanması, müasir xəstəxanalar, peşəkar həkimlərin qayğısı gələcəyimizin əmin əllərdə olduğunu göstərir.
Siz hər zaman Azərbaycan vətəndaşını qorumusunuz, biz bunun bir daha şahidi olduq. Sizə ailəmiz adından təşəkkür edir, diqqətinizə görə çox sağ olun deyirik!
Cənab Prezident, Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.
Hörmətlə,
Abdullayeva Nazlı,
Azərbaycan Respublikası, Bakı şəhəri.