Tünzalə Zöhrabovadan, Naftalan, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin rəhbərliyinizlə Vətən müharibəsində şanlı Ordumuzun qazandığı Zəfər tariximizin ən parlaq səhifələrindən biridir. Son 4 ildə qazandığımız qələbələr Sizin hərbi və siyasi diplomatiyanız, xalqımızın birliyi, qəhrəman övladlarımızın igidliyi sayəsində əldə edildi.
Şəhid anaları üçün övlad itkisi nə qədər ağrılı olsa da əhatə olunduğumuz diqqət və qayğı, işğaldan azad olunan torpaqların yenidən qurulması bizi fərəhləndirir.
Bu yaxınlarda şəhid ailələri və qazilərlə, onların övladları ilə birlikdə doğulub böyüdüyüm Şuşa şəhərinə səfər etdik. Gözəlliklər diyarı Şuşanı mənimlə birlikdə olan övladlarıma tanıtmaq böyük xoşbəxtlik, əlçatmaz arzularımın həyata keçməsi idi. Bu arzunu Siz reallaşdırdınız, cənab Prezident!
Vətənimizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə göstərdiyiniz qayğıya, diqqətə görə Sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm.
Allah Sizi və ailənizi qorusun!
Hörmətlə,
Zöhrabova Tünzalə Rasim qızı, şəhid anası, Şuşa şəhər sakini.
Azərbaycan Respublikası, Naftalan şəhəri.