Rəşid İbişovdan, Sumqayıt, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Qırx dörd günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusunun Sizin rəhbərliyinizlə həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində torpaqlarımız işğaldan azad olundu. Şəhid övladı və Qarabağ müharibəsinin qazisi kimi tariximizin bu səhifələrinin hər anı ilə qürur duyuram.
Şəhid ailələri və qazilər daim Sizin qayğınızla əhatə olunublar. Bizim ailə də bu diqqət və qayğıya görə Sizə minnətdardır.
Bu günlərdə səhhətimdə yaranan problemlə bağlı əməliyyat keçirdim. Düzgün müayinə olunaraq səhhətimin bərpa olunmasına, göstərilən qayğıya görə tibb işçilərinə, yaradılan şəraitə, səhiyyəmizin inkişafına görə isə Sizə təşəkkür edirəm.
Cənab Prezident, Sizin sayənizdə ölkəmizdə bütün sahələr, o cümlədən səhiyyə günü-gündən inkişaf edir. Tibb sahəsindəki uğurlar da Sizin düzgün siyasətinizin bir hissəsidir.
Biz Sizinlə - xalqımızın sevimli oğlu və fəxri, Müzəffər Ali Baş Komandanla fəxr edirik!
Hörmətlə,
İbişov Rəşid Cümşüd oğlu
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.