Şahinə Hüseynovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Hərbçilər, qazilər və şəhid ailələri Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğısı altındadır. Siz ölkənin ərazi bütövlüyünü qoruyanlara və haqq savaşını verənlərə çox böyük dəyər verirsiniz. Çox sağ olun, cənab Prezident.
Sizin şəhid ailələrinə, vətəndaşlara göstərdiyiniz qayğı və diqqət xalq tərəfindən yüksək qiymətləndirilir. Şəhid ailəsi kimi biz də xüsusi qayğı ilə əhatə olunmuşuq. Müraciət etdiyimiz dövlət qurumlarında bizə göstərilən diqqət qəlbimizi fərəhləndirir.
Müzəffər Ali Baş Komandan, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin Sizin tapşırığınızla sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərə görə səmimi-qəlbdən təşəkkür edirik.
Hörmətlə,
Hüseynova Şahinə.
Azərbaycan Respublikası, Bakı şəhəri.