11 iyul 2024, 16:32

Çinarə Səfərovadan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsidir.

Mənim atam qazidir. İki əmim isə Birinci Qarabağ müharibəsində şəhid olmuşlar. Həm şəhid ailələrinə, həm qazilərə göstərilən yüksək diqqət və qayğının şahidiyəm. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və müharibə veteranlarına hərtərəfli dövlət qayğısı Sizin sayənizdədir. Onların müraciətlərinə həssaslıqla baxılaraq qanuni tələbləri dərhal yerinə yetirilir, həyat şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində konkret işlər görülür.

Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və müharibə veteranlarına göstərilən dövlət qayğısına görə Sizə minnətdarıq. Siz şəhidlərimizin qisasını alan Böyük Sərkərdəsiniz. Sizinlə fəxr edirik.

Dərin hörmətlə,

Səfərova Çinarə,

Azərbaycan Dövlət Aqrar Universitetinin baş müəllimi.

Azərbaycan Respublikası, Gəncə şəhəri.