Elbay Qasımzadədən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Xankəndi şəhərində atam - memar Ənvər Qasımzadənin layihəsi əsasında 1949-cu inşa olunmuş “Qarabağ” mehmanxanasının tapşırığınızla bərpa olunması və bu il, 5 iyul tarixində açılması ailə üzvlərimizə böyük sevinc bəxş etdi. Buna görə bütün ailə üzvlərim adından Sizə dərin təşəkkürümü bildirirəm.
Müasir səviyyəyə çatdırılan “Qarabağ” hotelinin şəxsən Sizin tərəfinizdən açılması bizim üçün böyük şərəfdir.
Qarabağda, Şərqi Zəngəzurda, ölkəmizin başqa bölgələrində aparılan böyük miqyaslı quruculuq, abadlıq, bərpa işləri Sizin Vətənimizə, xalqımıza, tariximizə olan münasibətinizin əyani sübutudur və memarlıq sənətinə olan hörmətinizin təzahürüdür.
Bu uğurlu yolda Sizə cansağlığı və yeni qələbələr arzulayıram.
Bir daha ailəmiz adından təşəkkür edir və dərin ehtiram hissi ilə minnətdarlığımızı çatdırıram.
Hörmətlə,
Elbay Qasımzadə, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Respublikanın Əməkdar memarı
Azərbaycan Respublikası, Bakı şəhəri