11:58
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1187-VIQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
16 iyul 2024, 16:52Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1187-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 14-1.2-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 14-1.2-ci maddəsinin üçüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1187-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 68 (Cild I); 2024, № 1, maddə 26) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bəndə “maddəsində” sözündən sonra “, 14-1.2-ci maddəsinin üçüncü cümləsində” sözləri əlavə edilsin;
3.2. 2.2-ci bənddə birinci halda “maddəsində” sözü “maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin;
3.3. aşağıdakı məzmunda 2.2-2-ci bənd əlavə edilsin:
“2.2-2. həmin Qanunun 14-1.2-ci maddəsinin üçüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyul 2024-cü il
11:58
11:45
19:22
Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Zati-aliləri cənab İlham Əliyev.
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
“Azərbaycan Hava Yolları”nın sərnişin təyyarəsinin Qazaxıstan ərazisində...
17 yanvar 2025, 19:2217:17
15:50
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olan Azərbaycan...
17 yanvar 2025, 15:5014:08
13:33
12:55
Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin dekabrın 25-də faciəvi şəkildə qəzaya uğraması və 38 nəfərin ölümü, 29 nəfərin yaralanması ilə...
17 yanvar 2025, 12:5513:26
PDF yükləyin
16 yanvar 2025, 13:2613:24
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, “Rəqəmsal inkişaf sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli...
16 yanvar 2025, 13:2413:22
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...
16 yanvar 2025, 13:2211:30