19 iyul 2024, 13:51
Sədaqət İbadovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə yüksək diqqət və qayğı göstərilir. Siz bütün dövlət qurumlarına şəhid ailələrinin, qazilərin problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etməyi tapşırmısınız.
Mən Ağdam rayonundan məcburi köçkün, şəhid ailəsiyəm. Ailəmiz hər zaman diqqət və qayğı ilə əhatə olunub. Müraciətim əsasında nəvəmin işlə təmin olunması bu qayğının göstəricisidir.
Bu hadisə ailə üzvlərimizə böyük sevinc yaşatdı. Çox sağ olun, cənab Prezident. Ailə üzvlərimin adından Sizə təşəkkür edir, işlərinizdə böyük uğurlar arzulayıram.
Hörmətlə,
İbadova Sədaqət, şəhid ailəsinin üzvü.
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.