Zahid İbrahimovdan, Tərtər, Azərbaycan
Hörmətli cənab Prezident.
Son 30 ildə - Zəfərimizə qədərki dövrdə hər bir azərbaycanlı üçün ən mühüm məsələ Qarabağın işğaldan azad edilməsi idi. Sizin rəhbərliyinizlə torpaqlarımızı azad etmək uğrunda apardığımız haqq savaşını Qələbə ilə başa vurduq.
İndi isə Azərbaycanın qarşısında işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı təmin etməklə bağlı məsələlər dayanır. Bu günlərdə rayonumuzun ağsaqqalları ilə Şuşa və Laçında olduq. İşğaldan azad olunmuş Qarabağda əsaslı quruculuq işlərinin tam sürətlə davam etdiyini öz gözlərimizlə gördük.
Otuz il müddətində daşı-daş üstdə qalmayan şəhərlərimiz yenidən qurulur, erməni vandalizminin qurbanı olan tarixi abidələrimiz bərpa olunur, yeni evlərin, binaların, məktəblərin, xəstəxanaların təməli qoyulur.
Sizin sayənizdə doğma yurda qayıdan insanların sevincini, qürurunu gördük, biz də qürurlandıq, sevindik.
Çox sağ olun, cənab Prezident.
Hörmətlə,
İbrahimov Zahid.
Azərbaycan Respublikası, Tərtər rayonu, Səhləbad kəndi.