19 iyul 2024, 16:30

Valeh Əhmədovdan, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin apardığınız uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə sabitlik, əmin-amanlıq və bütün sahələrdə sürətli inkişaf hökm sürür, vətəndaşlarımız özlərini hər zaman güvəndə hiss edirlər.

Bu günümüzün, sabahımızın və gələcəyimizin yaxşı olması üçün görülən işlərə görə Sizinlə fəxr edirik. Bu günlərdə Şuşa və Laçına səfər zamanı gördüyümüz abadlıq, quruculuq işləri, keçirdiyimiz qürur hissləri hələ uzun müddət yaddaşımızda qalacaq.

İşğaldan azad olunan torpaqları gəzdikcə yaşadığımız sevinc, fərəh hissləri Sizin və qəhrəman hərbçilərimizin sayəsindədir. Sizə və onlara həmişə minnətdarıq.

Var olun, cənab Prezident.

Hörmətlə,

Əhmədov Valeh.

Azərbaycan Respublikası, Tərtər rayonu, Hüsənli kəndi.