Arif Hüseynovdan, Tərtər, Azərbaycan
Hörmətli cənab Prezident.
Böyük qürur hissi ilə Sizin mütəmadi olaraq Qarabağda kəndlərin, şəhərlərin mühüm obyektlərin təməlqoyma, bir müddət sonra isə açılışında iştirak etməyinizi izləyirik.
Sizin əzminiz, düzgün qurulan strategiya sayəsində ərsəyə gələn bu işləri Şuşa və Laçın şəhərlərinə səfərimiz zamanı izlədikcə fərəh hissləri qəlbimizi dağa döndərdi. Səfərimiz zamanı hər tərəfdə genişmiqyaslı tikinti işlərinin aparıldığını müşahidə etdik.
Cənab Prezident, Siz məcburi köçkünlərin öz dədə-baba torpaqlarına ən qısa müddətdə qayıtması üçün əlinizdən gələni etdiniz. İşğaldan azad edilmiş bu torpaqları yenidən qurdunuz, hədəflərinizə çatmaq üçün əzm göstərdiniz. Sizin yürütdüyünüz uğurlu və qətiyyətli siyasət, işğaldan azad olunan ərazilərdə fasiləsiz davam etdirilən quruculuq işləri Qarabağın və Şərqi Zəngəzurun cənnətə çevriləcəyindən xəbər verir.
Hörmətlə,
Hüseynov Arif.
Azərbaycan Respublikası, Tərtər rayonu.