24 iyul 2024, 15:21

Asif Alıkişiyevdən, Tərtər, Azərbaycan

Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Sizin rəhbərliyinizlə Qarabağ savaşında qazanılmış Qələbədə xalqımızın göstərdiyi yurdsevərlik və rəşadətin davamı olaraq döyüş əməliyyatları dayanan vaxtdan bölgədə irimiqyaslı bərpa-quruculuq işləri başlamışdır. Artıq məcburi olaraq evlərini, yurdlarını tərk etmiş insanlar vətənlərinə geri dönürlər.

Bu yaxınlarda Tərtərdən olan ağsaqqallarla birlikdə Şuşa və Laçında olduq. Qısa müddət ərzində görülən işləri gözümüzlə gördük və qürurlandıq.

Qarabağda iqtisadiyya­tın dirçəldilməsi, erməni faşiz­minin bu ərazilərdə yerlə-yeksan etdiyi şəhər və kəndlərimizin ən qısa zamanda bərpası, yenidən qurulması, azad olunan ərazilərdə genişmiqyaslı tikinti-quruculuq, abadlıq işlərinin görülməsi, ərazilərin minalardan təmizlənməsi, lazımi infrastruktu­run yaradılması Sizin əzminizin, düzgün siyasətinizin, həmçinin diqqət və qayğınızın göstəricisidir.

Qarabağın bərpası tarixi Zəfərimizin davamı­dır. Quruculuq layihələrinin uğurlu icrası dövlətimizin gücünü, nəyə qadir olduğunu dünyaya bir daha nümayiş etdirdi.

Bütün bunlara görə Sizə təşəkkür edir, gələcək işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Alıkişiyev Asif Tağı oğlu.

Azərbaycan Respublikası, Tərtər rayonu, Buruc kəndi.