29 iyul 2024, 13:40
Qəhrəman Sərxanovdan, Sumqayıt, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin rəhbərliyinizlə hərtərəfli inkişaf yolu ilə irəliləyən Azərbaycanımızda əlilliyi olan şəxslərlə xüsusi diqqət və qayğı ilə yanaşılır. Həmçinin əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası gücləndirilib.
Hər il ölkəmizdə əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətinin əhatə dairəsi genişlənir. Bu günlərdə mən də Sumqayıt şəhər Reabilitasiya Mərkəzində müalicə aldım. Orada olduğum müddətdə yaradılan şərait, xəstələrə göstərilən qulluq bu sahədə görülən işlərin müsbət nəticəsidir.
Cənab Prezident, Reabilitasiya Mərkəzində gördüyüm diqqət və qayğıya görə təşəkkür edirəm.
Hörmətlə,
Sərxanov Qəhrəman.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.