Qnyaz Nəcəfovdan, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident.
Ulu Öndər Heydər Əliyevin siyasi dühası və misilsiz fədakarlığı nəticəsində müstəqilliyini bərpa etmiş dövlətimiz Sizin rəhbərliyinizlə özünün dinamik inkişaf yoluna qədəm qoydu.
Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız Ali Baş Komandan kimi məhz Sizin siyasi məharətiniz sayəsində və müdrik rəhbərliyinizlə şanlı Ordumuz tərəfindən azad edildi. Ölkəmiz və xalqımız üçün sülh, əmin-amanlıq şəraitində yeni həyat başladı.
Bu günlərdə Tərtər rayonundan olan ağsaqqallarla birlikdə Şuşa və Laçın şəhərlərinə səfər etdik. Müharibədən sonrakı dövrdə bilavasitə Sizin göstərişinizlə həyata keçirilən abadlıq və quruculuq işləri hər bir Azərbaycan vətəndaşının qəlbini sevinc və fərəh hissləri ilə doldurur.
Ulu Öndərimizin, Sizin və Mehriban xanım Əliyevanın Azərbaycan xalqının azadlığı, xoşbəxtliyi və firavan həyatı naminə göstərdiyiniz misilsiz xidmətlər müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb.
Sizin rəhbərliyinizlə davamlı inkişaf edən və dünyada böyük nüfuz sahibinə çevrilən Azərbaycan Respublikasının vətəndaşı olmaq hər bir azərbaycanlı üçün şərəfdir. Azərbaycan xalqının xoşbəxt gələcəyi və rifahı naminə apardığınız bütün fəaliyyətinizdə Uca Tanrı Sizə yardımçı olsun.
Hörmətlə,
Nəcəfov Qnyaz Qanboy oğlu.
Azərbaycan Respublikası, Tərtər rayonu, Buruc kəndi.