Əzimağa İbrahimovdan, Sumqayıt, Azərbaycan
Möhtərəm cənab Prezident.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin başlatdığı inkişaf strategiyasının Sizin tərəfinizdən uğurla davam etdirilməsinin məntiqi nəticəsi olaraq ölkəmiz regionun lider dövlətinə çevrilib. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması bütün sahələrin tərəqqisinə müsbət təsirini göstərib. Bu gün Azərbaycanda hökm sürən tolerantlıq mühiti bütün dünyaya nümunə göstərilir. Müxtəlif dinlərdən və konfessiyalardan olan insanlar burada bir ailənin üzvü kimi mehriban yaşayır və fəaliyyət göstərirlər.
Bütün bunlara görə qürur hissi keçirir, dövlətini sevən və Sizi daim dəstəkləyən vətəndaş kimi Sizə təşəkkür edirəm.
Biz xalq olaraq hər zaman arxanızdayıq.
Hörmətlə,
İbrahimov Əzimağa,
Özəl sektorun işçisi.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi.