05 avqust 2024, 13:30

Fizuli Mustafayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə aparılan məhkəmə islahatları nəticəsində atılmış mühüm addımlar bu sahədə böyük inkişafa səbəb oldu.

Məhz Sizin təşəbbüsünüzlə ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni dəyişikliklər baş vermiş, sayənizdə ölkəmizdə hüquqi dövlətə xas olan ədalət mühakiməsinin prinsipləri müəyyən edilmiş, məhkəmələrin şəffaf fəaliyyəti üçün zəruri şərait yaradılmışdır.

Bu yaxınlarda məhkəmə icraatında olan işimlə bağlı prosesləri izləyərkən bütün bu köklü islahatların müsbət nəticələrinin şahidi oldum. Bütün bunlar Sizin ciddi tapşırıqlarınızın nəticəsində xalqa göstərilən diqqət və qayğının göstəricisidir. Azərbaycan naminə göstərdiyiniz fəaliyyətinizə görə Sizə təşəkkür edir, uğurlar arzulayıram.

Hörmətlə,

Mustafayev Fizuli.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.