Bilal Hüseynovdan, Cəlilabad, Azərbaycan
Möhtərəm cənab Prezident.
Artıq 4 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı hələ də böyük sevincini - torpaqlarının 30 illik işğaldan azad olmasını, Vətən həsrətinə son qoyulmasını fərəhlə qeyd edir, Qarabağa hər köç karvanı toy-bayramla qarşılanır.
Siz təkcə Azərbaycan xalqını Vətən həsrətindən qurtaran əvəzolunmaz sərkərdə deyil, həm də dünyada tanınan xilaskar Lider - XXI əsrin Zəfər Sərkərdəsisiniz!
Sizin düşünülmüş siyasətiniz nəticəsində torpaqlarımız erməni işğalçılarından azad edilərək bütövləşdi, tariximizə yeni bir səhifə yazıldı.
Allah hər zaman Sizi qorusun, xalqımız Sizi hər zaman dəstəkləyir. Allah Sizə - müstəqil Azərbaycanımızın qüdrətli Liderinə möhkəm cansağlığı, uzun ömür versin, dövlətimizin, xalqımızın tərəqqisi ilə bağlı fəaliyyətinizdə bitib-tükənməz əzm, iradə, qətiyyət nəsib etsin!
Hörmətlə,
Hüseynov Bilal.
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Alar kəndi.