08 avqust 2024, 14:44
Adilə Qurbanovadan, Mingəçevir, Azərbaycan
Hörmətli cənab Prezident.
Doğma yurdumuz Azərbaycan üçün şücaət göstərən, ölkəmizin bayrağını yüksəldən, şərəfini uca tutan insanlar hər zaman Sizin tərəfinizdən diqqət mərkəzində saxlanılmış və dövlətimizin qayğısı ilə əhatə olunmuşdur. Qarabağ uğrunda savaşan igid oğullarımız da bu qayğını hər zaman hiss edirlər.
Mənim oğlum Qurbanov Məhərrəm Qarabağ müharibəsi əlillidir. O, ötən ay ev ilə təmin edilmişdir. Qarabağ müharibəsi əlillərinə göstərdiyiniz qayğı və dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Ömrünüz uzun olsun, cənab Prezident.
Hörmətlə,
Qurbanova Adilə.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.