07 avqust 2024, 14:29
Xəyal Məmmədəliyevdən, Qəbələ, Azərbaycan
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması Sizin rəhbərliyinizlə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik siyasətin məntiqi nəticəsidir. Qazanılmış uğurların davamlı olması bunu əminliklə söyləməyə əsas verir.
Sizin gərgin əməyinizin nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımızın dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı.
Hər bir işdə qismətiniz uğur və zəfər olsun, cənab Prezident.
Hörmətlə,
Məmmədəliyev Xəyal İlham oğlu.
Azərbaycan Respublikası, Qəbələ rayonu, Nic qəsəbəsi.