Günay və Nazim Hüseynovlardan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Vətən müharibəsi dövründə cəbhədə müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən terrorçu Ermənistan ordusu ölkəmizin müxtəlif rayonlarında dinc yaşayış məskənlərini hədəfə almaqla hərbi cinayətlərə imza atdılar. Bu cinayətin bariz nümunəsi Gəncəyə atılan raket zərbələridir. Evləri dağılan gəncəlilər heç bir zaman ruhdan düşmədilər. Çünki əmin idilər ki, Siz darda olan hər kəsin qayğısına qalırsınız.
Mənfur ermənilərin Gəncəyə atdıqları raket nəticəsində bizim ev də yararsız vəziyyətə düşmüşdü. Sizin tapşırıqlarınız sayəsində bizim evimizlə bağlı müvafiq işlər görüldü. Ailəmiz böyük sevinc yaşadı. Bunun üçün ailəmiz adından Sizə təşəkkür edirik.
Əziz Prezidentimiz, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə bir daha minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Hüseynova Günay Nazim qızı,
Hüseynov Nazim Məhəmmədəli oğlu.
Azərbaycan Respublikası, Gəncə şəhəri.