Nəsimi Ələkbərovdan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.
Bütün kateqoriyadan olan vətəndaşlar kimi təhsil işçilərinə də göstərdiyiniz diqqət və qayğı təhsil ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qarşılanır. Respublikamızda həyata keçirilən tədbirlər təhsil sahəsində də inkişafa böyük təkan verir.
Heydər Əliyev Fondunun, bilavasitə Mehriban xanım Əliyevanın dəstəyi ilə regionlarda yeni məktəb binaları inşa edilir, bəziləri yüksək keyfiyyətlə təmir olunaraq müəllimlərin və şagirdlərin istifadəsinə verilir.
“Təhsil millətin gələcəyidir” - deyən Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsilin inkişafı hər zaman prioritet olub.
Cənab Prezident, atdığınız addımlar sübut edir ki, bizim Sizin kimi müəllimsevər, xalqsevər Prezidentimiz var. Ulu Tanrı Sizi və ailənizi qorusun!
Hörmətlə,
Nəsimi Ələkbərov, müəllim.
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Qaraxanlı kəndi.