21 avqust 2024, 14:44

Əfqan Yaqubovdan, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Mənim qardaşım Yaqubov Fəqan Misir oğlu 1992-ci ildə 19 yaşında könüllü olaraq “Tərtər özünümüdafiə batalyonu”na daxil olmuşdur. Bu batalyonun tərkibində Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin avqustun 7-də Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Valideynlərimiz oğul nisgili ilə bu dünyadan köçdülər.

Cənab Prezident, çox sağ olun ki, 32 ildən sonra qardaşımın nəşi tapıldı və doğulduğu Tərtər rayonunun Sarıcalı kəndində torpağa tapşırıldı. İndi onun məzarı bir təsəlli yerimizdir. İnanıram ki, valideynlərimin narahat ruhu da oğullarına qovuşduğu üçün dincəlib. Ona görə də Sizə ailəmiz adından öz təşəkkürümüzü bildirir və “Çox sağ olun” deyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ulu Tanrı Sizi və dövlətimizi qorusun!

Hörmətlə,

Əfqan Yaqubov, şəhid qardaşı.

Azərbaycan Respublikası, Tərtər rayonu, Sarıcalı kəndi.