26 avqust 2024, 15:15

İlham Mayilovdan, Hacıqabul, Azərbaycan

Hörmətli cənab Prezident.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq ölkəmiz Sizin rəhbərliyinizlə istənilən sahədə böyük uğurlar əldə etmiş, ən əsası da ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olmuşdur.

Cənab Prezident, bu gün beynəlxalq aləmdə artan nüfuzumuz, mötəbər tədbirlərə ev sahibliyi etməyimiz məhz müdrik və uzaqgörən siyasətinizin nəticəsidir.

Respublikamızın müxtəlif bölgələrində, o cümlədən Hacıqabul rayonunda görülən işlər sakinlər tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır. Vətəndaşların üzləşdiyi problemlərin, çətinliklərin aradan qaldırılması istiqamətində atılan addımlar bir daha sübut edir ki, Siz xalqa böyük diqqət və qayğı göstərirsiniz. “Çox sağ olun”, cənab Prezident! Allah Sizi qorusun!

Hörmətlə,

İlham Mayilov

Azərbaycan Respublikası, Hacıqabul rayonu.