Sərxan Bayramovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Mən 44 günlük Vətən müharibəsində iştirak etmişəm. Sizin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdiyiniz diqqət və qayğı danılmazdır.
Cənab Prezident, bu gün Azərbaycan Respublikası öz qüdrətli günlərini yaşayır. Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu və çəkisi artır. Dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi etməyimiz dövlətimizin iqtisadi qüdrətini göstərir.
Həmişə güclü olun və öz müdrik siyasətinizlə ölkəmiz daha da irəliyə getsin. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Ailəmizin Sizə olan məhəbbəti sonsuzdur. Allah Sizi öz pənahında saxlasın!
Hörmətlə,
Sərxan Bayramov, hərbçi.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu.