09 sentyabr 2024, 16:50

Kamal Əmirovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir, onun uğurlu siyasəti sayəsində ölkəmiz parçalanmaqdan xilas oldu, öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bildi, inkişaf yoluna qədəm qoydu.

Xalqımız inanırdı ki, Siz Ümummilli Liderin siyasətinə sadiq qalaraq Azərbaycanı daha da inkişaf etdirəcək, möhkəmləndirəcək, qüdrətləndirəcəksiniz. 2003-cü ildə keçirilmiş Prezident seçkiləri ərəfəsində Siz xalqa müraciətiniz zamanı demişdiniz ki, “əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Azərbaycan xalqı mənə inandı və mən də sözümdə durmuşam və duracağam”. Bəli, Siz xalqa verdiyiniz sözü tutdunuz. Azərbaycanın qazandığı böyük nailiyyətlər bunun bariz göstəricisidir. 2020-ci ilin sentyabrında “Dəmir yumruq” əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində Siz torpaqlarımızı işğaldan azad etdiniz, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.

Cənab Prezident, mən qürur duyuram ki, Vətən müharibəsində, antiterror əməliyyatında iştirak etmişəm. Vətənimiz, torpağımız, bayrağımız, Ali Baş Komandanımız uğrunda hər zaman şəhidlik zirvəsinə ucalmağa hazıram.

Hörmətlə,

Kamal Əmirov, Vətən müharibəsi qazisi.

Azərbaycan Respublikası, Gəncə şəhəri.