14 sentyabr 2024, 16:00

Kənan Mehdiyevdən, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident!

Ümummilli Liderimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamı dillər əzbəri olmaqla hər birimiz üçün örnəkdir. Siz də Ulu Öndərin layiqli davamçısı kimi ölkəmizə rəhbərlik etdiyiniz ilk gündən əzminiz, iradəniz, uzaqgörən müdrik siyasətinizlə inkişaf və tərəqqinin, ölkəmizin xoşbəxt gələcəyinin təminatçısı oldunuz.

Təhsilin inkişafına, tələbələrə göstərdiyiniz diqqət və qayğıya görə biz valideynlər daim Sizə minnətdarıq.

Cənab Prezident, bu il ailəmizin ilk övladı - qızım Rəşidə 613 balla Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olundu. Sevincimizin həddi-hüdudu yoxdur.

Təhsilə göstərdiyiniz qayğıya görə Sizə, şagirdlərin təhsili yolunda ömürlərini şam kimi əridən müəllimlərə öz minnətdarlığımızı bildiririk.

İnanırıq ki, bu gün tələbə adını qazanan gənclərimiz sabah yüksək ixtisaslı mütəxəssislər kimi Vətənimizi bütün dünyada təmsil edəcəklər.

Tanrı Sizi qorusun!

Hörmətlə,

Mehdiyev Kənan Rəşid oğlu

Azərbaycan Respublikası, Tərtər rayonu, Səhləbad kəndi