Murad İsmayılovdan, Xaçmaz, Azərbaycan
Hər vaxtınız xeyir olsun, hörmətli cənab Prezident!
Bu məktubu Sizə fərəhlə, böyük sevinc hissi ilə yazıram. Bir vətəndaş kimi qürur duyaraq bildirirəm ki, vətəndaşlara xidmət sahəsində, onların problemlərinin həllində müsbət nəticələr mövcuddur. Siz hər şeyi çox yaxşı görür, uğurlu seçimlər edir, mühüm qərarlar qəbul edirsiniz. Bu kimi hallar vətəndaş məmnunluğuna səbəb olur, şəxsən məndə və mənim kimi digər vətəndaşlarda öz Prezidentinə olan inamı daha da artırır.
Möhtərəm Prezident, Siz Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müasir müstəqil Azərbaycanı daha da inkişaf etdirir, onun beynəlxalq nüfuzunu daha da artırırsınız. Əminik ki, Azərbaycanın sabahı daha parlaq olacaq.
Ümumilikdə, doğma yurdumuz Azərbaycanın inkişafı, xalqımızın rifahının yüksəlməsi üçün görülən işlərə, bir çox sahələrdə vətəndaşlar üçün yaradılan əlverişli şəraitə, həyata keçirilən uğurlu və məqsədyönlü islahatlara görə Sizə şəxsən öz adımdan və ailəmin adından dərin təşəkkürümü bildirirəm.
Hörmətli Prezident, nə yaxşı ki, varsınız. Biz hər zaman Sizinləyik.
Hörmətlə,
Murad İsmayılov
Azərbaycan Respublikası, Xaçmaz rayonu, Xudat şəhəri.