18 sentyabr 2024, 16:00

Nərminə Ruzicəngdən, Naftalan, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycan idmanı hər zaman Sizin yüksək diqqət və qayğınızla əhatə olunub. İdman hər birimiz, ölkəmizin gələcəyi üçün çox önəmlidir. Sizin hər dəfə beynəlxalq yarışlarda iştirak edən idmançıları qəbul etməyiniz, onlarla görüşməyiniz, idmançıları mükafatlandırmağınız onlara olan diqqət və qayğının əyani təzahürüdür.

Sizin rəhbərliyinizlə Azərbaycan həm döyüş meydaninda, həm siyasi müstəvidə dünyaya öz sözünü dedi və deyir. Ölkəmizin söz sahibi olduğunu daim nümayiş etdirirsiniz. İdmançılarımızın qələbəsi təməlini qoyduğunuz şanlı zəfərlərin davamıdır.

Azərbaycan xalqı qalib xalqdır.

Azərbaycan xalqı Sizinlə fəxr edir.

Hörmətlə,

Ruzicəng Nərminə Eldar qızı

Azərbaycan Respublikası, Naftalan şəhəri.