19 sentyabr 2024, 17:00
Vüsal Məlikovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Bu il avqust-sentyabr aylarında ailəmlə, dostlarımla birgə Laçın, Şuşa və Xankəndi şəhərlərinə səfər etdim. Keçirdiyim hissləri sözlə tam ifadə etmək çətindir. Mən hədsiz iftixar, ürəkdolusu xoşbəxtlik yaşadım. Bu bəxtəvərliyi Sizin gərgin əməyiniz, rəhbərliyiniz altında döyüşmüş qardaşlarımız, Vətən yolunda canından keçmiş şəhidlərimiz sayəsində yaşayırıq.
Allah şəhidlərimizə qəni-qəni rəhmət etsin, qalanları qorusun, bu məsudluğumuzu daimi etsin.
Cənab Prezident, Sizə ürəkdən təşəkkür edirəm. Var olun!
Hörmətlə,
Vüsal Məlikov,
özəl sektorun işçisi.
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi.