21 sentyabr 2024, 15:15

Fətulla Mustafazadədən, Bakı, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Mən Birinci Qarabağ Müharibəsinin veteranı, təqaüddə olan polis işçisiyəm.

Sizin Azərbaycan xalqı üçün etdikləriniz, Vətənimizin rifahı üçün gördüyünüz işlər, rəhbərliyiniz altında baş verən yenidənqurma, ölkəmizin inkişafı hər bir vətəndaş kimi məni də çox sevindirir.

Azərbaycan xalqı üçün ən ümdə məsələ dövlətimizin suverenliyinin bərpası məsələsi idi ki, Siz buna nail oldunuz. Xalqımız Sizin əziyyətlərinizi unutmayacaq, adınız minilliklər boyu yaşayacaq.

Qarabağda görülən işləri izlədikcə fərəhdən qürurlanıram. Çox sağ olun, cənab Prezident!

Hörmətlə,

Mustafazadə Fətulla Abdulla oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.