23 sentyabr 2024, 13:38

Elvin Qarayevdən, Şəki, Azərbaycan

Hörmətli Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Sizin sayənizdə ölkəmizin suverenliyi tam bərpa olundu. Siz, həmçinin 20 sentyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü kimi qeyd olunması üçün Sərəncam imzaladınız.

Dövlətin suverenliyinin, ərazi bütövlüyünün təmin olunması bütün digər göstəricilərdən daha üstündür. Bu üstünlüyün qürurunu bizə yaşatdığınıza, 20 sentyabr tarixini bütün dünyaya tanıtdırdığınıza görə Sizə sonsuz təşəkkürümü bildirirəm.

Şərəfli vəzifənizin həyata keçirilməsində Sizə uğurlar arzulayıram.

Yaşasın Azərbaycan, yaşasın cənab Ali Baş Komandan!

Hörmətlə,

Qarayev Elvin Mahir oğlu.

Azərbaycan Respublikası, Şəki şəhəri.