24 sentyabr 2024, 14:03

Heyran İsmayılovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Mən bir şəhid anası olaraq, Sizinlə qürur duyuram. Sizin sayənizdə bu gün Vətənimiz inkişaf edir, günü-gündən çiçəklənir.

Otuz illik Vətən, torpaq həsrətinə Sizin uğurlu siyasətiniz və rəhbərliyiniz altındakı şanlı Ordumuz sayəsində son qoyuldu, torpaqlarımız işğaldan azad edildi. Xalqımız Sizin yorulmaz fəaliyyətinizi yüksək qiymətləndirir.

Hörmətli cənab Prezident, Siz hər zaman şəhid ailələrinə, müharibə iştirakçılarına yüksək diqqət və qayğı ilə yanaşırsınız. Məhz bunun nəticəsidir ki, şəhid ailələrinə lazımi kömək göstərilir, biz dövlət dəstəyini hər zaman hiss edirik.

Bir şəhid anası olaraq, Sizə öz təşəkkürümü bildirirəm.

Uca Tanrı Sizi qorusun.

Hörmətlə,

İsmayılova Heyran Qarakişi qızı, şəhid anası.

Azərbaycan Respublikası, Gəncə şəhəri.