25 sentyabr 2024, 12:05

Nizaməli Əsgərovdan, Lerik, Azərbaycan

Möhtərəm Prezident!

Mən ahıl insanam, dünyanın hər üzünü görmüşəm. Əvvəllər bizim kəndin problemləri çox idi. İndi, şükür Allaha, daha firavan həyata sahibiyik. Uzun illər həsrətində olmuşuq ki, kəndimizin asfalt yolu olsun.

Sizə bu məktub vasitəsilə kənd sakinlərinin minnətdarlığını çatdırmaq istəyirəm. Kəndimizin yolu asfaltlanmış, rayon mərkəzinə gediş-gəlişimiz rahatlaşmışdır. Ümumiyyətlə, Sizin rəhbərliyiniz dövründə ölkəmizdə həyata keçirilən abadlıq-quruculuq işləri ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxarmışdır.

Əziz Prezidentimiz, göstərilən bu diqqətə görə bütün kənd əhalisi adından Sizə minnətdarlığımı bildirir, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Nizaməli Əsgərov

Azərbaycan Respublikası, Lerik rayonu, Hıramo kəndi.