Maisə Abbasovadan, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident!
Yenilməz Ordumuz və xalqımız Sizin rəhbərliyiniz, uzaqgörən siyasətiniz, iradəniz və “Dəmir yumruğunuz” ətrafında birləşərək düşmən üzərində şanlı Qələbə çaldı, ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olundu.
Siz daim şəhidlərimizin xatirəsini uca tutmuş, onların ailələrinə böyük diqqət və həssaslıqla yanaşmısınız.
Ölkəmizdə hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd olunacaq. Bu günlə bağlı imzaladığınız Sərəncam hamımızın ürəyindən xəbər verdi. Buna görə Sizə səmimi-qəlbdən təşəkkür edir, dövlətimiz, Vətənimiz üçün gördüyünüz bütün işlərdə uğurlar arzulayırıq.
Allah hər zaman köməyiniz olsun!
Hörmətlə,
Abbasova Maisə, Vətən müharibəsi şəhidi Səxavət Abbasovun anası.
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.