26 sentyabr 2024, 14:11

Tahir Hüseynovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün Azərbaycan Respublikası öz qüdrətli günlərini yaşayır. Sizin müdrik, uzaqgörən siyasətiniz nəticəsində ölkəmizin beynəlxalq arenalarda nüfuzu və çəkisi artır. Qətiyyətli çıxışlarınız xalqın ürəyincədir. Hamımız əminik ki, Siz bundan sonra da qətiyyətli mövqeyinizdən geri çəkilməyəcək, haqq yolundan dönməyəcək, hər zaman xalqımızın mənafeyini müdafiə edəcəksiniz.

Dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi etməyimiz dövlətimizin iqtisadi qüdrətini göstərir. Həmişə güclü olun və öz müdrik siyasətinizlə ölkəmiz daha da irəliyə getsin.

Biz fəxr edirik ki, Sizin kimi Liderimiz var. Mənim Sizə olan məhəbbətim sonsuzdur.

Allah Sizi öz pənahında saxlasın!

Hörmətlə,

Hüseynov Tahir Məmmədhüseyn oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi.