26 sentyabr 2024, 16:45

Yusif Əliyevdən, Ağdam, Azərbaycan

Möhtərəm Prezident!

Övladınız Heydər Əliyevlə birlikdə Şuşa və Xankəndi şəhərlərinə, Ağdam rayonuna səfərinizi böyük maraqla izlədik. Ağdam rayonuna səfəriniz zamanı Eyvazxanbəyli kəndinin təməlini qoymağınız, bir neçə kənddə bərpa işlərinin gedişatı ilə tanış olmağınız, yeni zavodların və xalqımızın tarixi-mənəvi ünvanı olan İmarət Kompleksinin bərpadan sonra açılışını etməyiniz, eləcə də digər tədbirlər bizi çox sevindirdi.

Cənab Prezident, Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi Ümummilli Liderimiz Heydər Əliyev yolunun uğurla davam etdirilməsinin, müstəqilliyimizin və suverenliyimizin əbədi olmasının təzahürüdür.

Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Əliyev Yusif Məhəmməd oğlu

Azərbaycan Respublikası, Ağdam rayonu, Çəmənli kəndi.