30 sentyabr 2024, 18:50

Nərgiz Hümbətovadan, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident!

Bu gün vətəndaşlarımız dövlətimizin hərtərəfli diqqəti və qayğısı ilə əhatə olunub. Onların üzləşdiyi problemlərin operativ həlli istiqamətində görülən işlər Sizin necə də qayğıkeş bir Lider olduğunuzu göstərir.

Cənab Prezident, ölkəmizin əldə etdiyi nailiyyətlər müdrik və uzaqgörən siyasətinizin nəticəsidir. Sizi dəstəkləyirik və hər zaman yanınızdayıq. Sizin kimi dövlət başçısı ilə fəxr edirəm.

Allah həmişə Sizə kömək olsun!

Hörmətlə,

Hümbətova Nərgiz Aslan qızı

Azərbaycan Respublikası, Tərtər rayonu, Hacıqərvənd kəndi.