22 noyabr 2012, 16:30

Nabil Atayev, Akif Kamalov və Gəncəli Mehdiyevdən, Mehdiabad, Azərbaycan

Hörmətli cənab Prezident!

Biz Kəlbəcər rayonundan olan məcburi köçkünlər 20 ildən artıqdır ki, Bədən Tərbiyəsi və İdman Akademiyasının yataqxanasında məskunlaşmışıq. Bina yaşayış üçün yararsız idi. Bu günlərdə Siz bizim hamımızı sevindirdiniz. Belə ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində müasir qəsəbə tikdirib bizə bəxş etmisiniz. Bu böyük qayğınıza görə Sizə dərin ehtiramımızı bildiririk.

Sizin siyasətinizi dəstəkləyirik və müdafiə edirik.

Hörmətlə,

Nabil Atayev, Akif Kamalov və Gəncəli Mehdiyev

Kəlbəcər rayonundan olan məcburi köçkünlər

Azərbaycan Respublikası, Abşeron rayonu, Mehdiabad qəsəbəsi.