26 sentyabr 2024, 13:00
Günel Həsənovadan, Abşeron, Azərbaycan
Möhtərəm cənab Prezident!
Azərbaycanımızın bugünkü tərəqqisi, ölkəmizin inkişafı, Ordumuzun yenilməzliyi Sizin adınızla bağlıdır. Azərbaycanın dünyada qalib dövlət kimi tanınması, ərazi bütövlüyünü və suverenliyini döyüş meydanında qazanması, xalqımızın beynəlxalq aləmdə nüfuzunun artmasında mühüm rol oynamışdır. Bu işlərdə Sizin misilsiz xidmətləriniz vardır.
Dövlət Suverenliyi Günü ilə bağlı imzaladığınız Sərəncam biz şəhid ailələrini bir daha sevindirdi. Xalqımız, Vətənimiz naminə taleyüklü məsələlərdə tutduğunuz qətiyyətli mövqeyə, göstərdiyiniz iradəyə görə Sizə təşəkkürümü bildirir və fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Günel Həsənova, şəhid ailəsinin üzvü.
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.