28 sentyabr 2024, 15:01
Şəhid atasından, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi hər bir vətənsevər kimi, məni də qürurlandırır. Bu günləri görmək üçün xalqımız çox böyük və şərəfli yol keçib.
İndi ərazi baxımından bütövləşən, suverenliyi tam bərqərar olunan Azərbaycanda, doğma Qarabağda azad və təhlükəsiz yaşamaq hər kəsə böyük iftixar və sevinc hissi bəxş edib.
Xalqımıza yaşatdığınız bu baş ucalığına görə Sizə sonsuz minnətdarlığımı bildirir və rəhbərliyiniz altında ölkəmizin bundan sonra da böyük qələbələr qazanmasını arzu edirəm.
Hörmətlə,
Etibar Ağakişiyev,
Şəhid atası, Birinci Qarabağ müharibəsinin əlili.
Azərbaycan Respublikası, Abşeron rayonu, Mehdiabad qəsəbəsi.